İsrail ordusu Qəzza zolağı ətrafında hərbi əməliyyatların başlaması ilə əlaqədar 48 saat ərzində 300 min ehtiyatda olan əsgəri çağırıb, döyüş texnikası çatışmazlığı yoxdur.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İD 48 saat ərzində 300 min ehtiyatda olan əsgəri çağırıb. İD prioritetlərə uyğun olaraq döyüş texnikası ilə təmin edir. Çatışmazlıq yoxdur", - məlumatda deyilir.

Mətbuat xidməti əlavə edib ki, “bu gün səhərdən etibarən komandirlər və əsgərlər maddi-texniki təchizatda mümkün çatışmazlıqlar barədə məlumat verə biləcək 24 saat fəaliyyət göstərən zəng mərkəzi açılacaq”.

"Mərkəz harada xüsusi boşluqların olduğunu başa düşmək və ərzaq, avadanlıq və logistikanı mümkün qədər tez çatdırmaq üçün açıldı", - şöbədən bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN