Oktyabrın 11-də ərəb telekanalının “Al Mayadeen” müxbirinin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağında HƏMAS İslam hərəkatının yaraqlı qanadının “İzzəddin əl-Qəssam Briqadaları” komandiri Məhəmməd Deyfin ailə evini dağıdıb.

Tezadlar.az "Al Mayadeen"ə istinadən xəbər verir ki, "Deifin qardaşı İsrailin bombardmanı zamanı ölüb. Bəzi ailə üzvləri hələ də dağıntılar altındadır".

Telekanalın məlumatına görə, İsrail aviasiyası Qəzza zolağının ərazilərinə, o cümlədən Qəzzanın mərkəzindəki Əl-Bureyc düşərgəsindəki yaşayış binasına hava zərbələri endirməkdə davam edir. Bir çox məhəllə yer üzündən silinib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrailə güclü raket zərbəsi endirilmişdi. Qəzza zolağına rəhbərlik edən İslamçı HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Buna cavab olaraq Qüds terrorla mübarizədə “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Onun birinci mərhələsi oktyabrın 8-nə keçən gecə başa çatıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN