İsrail Müdafiə Qüvvələri (İMQ) şənbə günündən bəri Qəzza zolağında 2687 hədəfə zərbə endirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Bildirilir ki, vurulan hədəflərdən 1329-u “Həmas aktivləri, o cümlədən hərbi binalar”ın yerləşdiyi çoxmərtəbəli binalar olub. Oradan, nəşrin qeyd etdiyi kimi, yaraqlılar İsrailə hücumlara rəhbərlik ediblər.

Oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən İslamçı HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Buna cavab olaraq Qüds terrorla mübarizədə “Dəmir Qılınclar” əməliyyatına başladı. Onun birinci mərhələsi oktyabrın 8-nə keçən gecə başa çatıb.

Oktyabrın 10-da İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə genişmiqyaslı hücuma başladığını elan edib. İsrail təyyarələri Qəzza zolağında HƏMAS-ın bir neçə obyektinə, o cümlədən arsenal və komanda məntəqəsinə zərbələr endirib. Cebaliyadakı komanda əməliyyat məntəqəsi də hücuma məruz qalıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN