FTX bir əcnəbini casusluqda şübhəli bilərək saxlayıb, müstəntiqlər onun həbsini istəyirlər.

Bu barədə Moskvanın Lefortovo Məhkəməsi məlumat yayıb.

“Məhkəmə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə şübhəli bilinən xarici vətəndaş Tillozoda Ş. barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı FTX müstəntiqindən vəsatət alıb”, - deyə bildirilib.  

Hüquq-mühafizə orqanlarından bildirilib ki, işdə iştirak edən şəxsin adı Şərifjondur.

Moskva vilayətinin Odintsovo şəhər məhkəməsindən bildirilib ki, oxşar ad və soyadlı şəxs 2023-cü il sentyabrın 20-də Moskva vilayətində qapalı əraziyə gələrkən polis əməkdaşları tərəfindən saxlanılıb. “Məhkəmə Tillozoda Ş.-nin hərəkətlərini Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 3-cü hissəsi ilə əcnəbi vətəndaşın Rusiya Federasiyasında qalma rejiminin pozulması, Moskva vilayətində yaşayış yerinin seçilməsi qaydasının pozulması ilə ifadə etmişdir”, - məhkəmədən bildirilib.

Əlavə ediblər ki, o, Rusiya Federasiyasından məcburi deportasiya edilməklə 5 min rubl cərimə olunub. Məhkəmə iclasının materiallarından belə çıxır ki, Tillozoda qapalı əraziyə xüsusi icazə olmadan baş çəkməkdə günahını etiraf edib, lakin bunu hansı məqsədlə etdiyini açıqlamayıb. O, Rusiyaya işləmək üçün gəldiyini də bildirib.

Bundan sonra Tillozoda Yeqoryevsk şəhərində xarici vətəndaşlar üçün müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. Günahı sübuta yetirilərsə, onu 20 il həbs cəzası gözləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN