Fransa hökuməti iğtişaşlardan qorxduğu üçün vətəndaşlarının Fələstinə dəstək nümayiş etdirməsinə icazə verməkdən imtina edib.

Belə ki, Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Dermanen qubernatorlara müraciətlər göndərərək, əhalinin sıx məskunlaşdığı yerlərdə küçə nümayişlərinə qadağa qoyub. Məktublarda qaydaları pozan şəxslərin nəzarətə götürülməsi də göstərilir.

 Qeyd olunur ki, bu, yalnız Fələstinə dəstək tədbirlərinə aiddir. Fransa şəhərlərində İsrailə dəstək nümayişlərinin təşkili və keçirilməsi qadağan deyil.

 Hökumətin qadağası Leonda Fələstinin şərəfinə keçirilən kütləvi yürüşün qarşısını almayıb. Fransa vətəndaşlarının Fələstin bayraqları ilə küçələrdə gəzdiyini əks etdirən məqalələr sosial şəbəkələrdə  aşıb-daşıb.

Onu da əlavə edək ki, polis etirazçıları qovmaq üçünı gözyaşardıcı qazdan da istifadə edib.

 Qeyd edək ki, illər öncəsi Fransa Fələstinlə bağlı qətnamə qəbul etmişdi.

Həmin qətnamədə deyilirdi: ”Senat Fransa hökumətini Fələstin dövlətini tanımağa və bu tanınmanı Yaxın Şərqdə dinc nizamlamaya dair prosesdə alət kimi istifadə etməyə çağırır”.

2020-ci ildə isə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı eyni məzmunlu qətnaməni qəbul etmişdi: “Senat Fransa hökumətini Dağlıq Qarabağı tanımağa və bu tanınmanı regionda möhkəm sülhün yaranması məqsədi ilə danışıqlarda alət kimi istifadə etməyə çağırır”.

Yanaşma eyni idi, lakin Azərbaycan həmin qətnaməni şanlı ordusunun çəkmələri ilə silərək, zibil qutusuna atdı və öz torpaqlarına sahib çıxdı və çıxmaqda da davam edir.

***

 Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin yeni gərginləşməsi oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumu ilə başlayıb.

Bu münaqişə nəticəsində hər iki tərəfdən xeyli sayda insan həyatını itirib. İsrail HƏMAS terror qrupunu darmadağın etmək niyyətindədir.  

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN