Qəzza zolağında 120-dən çox mülki şəxs HƏMAS yaraqlılarının əlində əsirdir.

Bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri Qəzzada 120-dən çox mülki şəxsin HƏMAS terror təşkilatı tərəfindən əsir saxlandığını təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Daha əvvəl bildirilmişdi ki, İMQ Qəzza zolağında hərbi əməliyyatlar zamanı itkin düşən israillilərin cəsədlərini tapıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən İslamçı HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Buna cavab olaraq Qüds terrorla mübarizədə “Dəmir Qılınclar” əməliyyatına başladı. Onun birinci mərhələsi oktyabrın 8-nə keçən gecə başa çatıb.

Oktyabrın 10-da İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə genişmiqyaslı hücuma başladığını elan edib. İsrail təyyarələri Qəzza zolağında HƏMAS-ın bir neçə obyektinə, o cümlədən arsenal və komanda məntəqəsinə zərbələr endirib. Cebaliyadakı komanda əməliyyat məntəqəsi də hücuma məruz qalıb.

Oktyabrın 13-də İsrail Müdafiə Qüvvələri (İMQ) bəyanat yayaraq Qəzzalı mülki vətəndaşları təhlükəsizlikləri üçün cənub bölgələrinə təxliyə etməyə çağırıb. Vətəndaşlardan İsraillə sərhədə yaxınlaşmamaq da istənilib. BMT-nin məlumatına görə, mülki şəxslərə köçmək üçün 24 saat vaxt verilib. Söhbət 1,1 milyon fələstinlidən gedir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN