Primorsk diyarının Xasanski rayonunda turist avtobusunun qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Bu barədə Primorye Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.

“İlkin məlumata görə, turist avtobusu Çindən Ussuriyskə gedirmiş”, - məlumatda deyilir.

Qeyd olunur ki, bir anda nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, bundan sonra qəza zamanı 48 sərnişini daşıyan avtobus kanala düşüb.

Qəza nəticəsində 48 nəfərin xəsarət aldığını dəqiqləşdirib. Avtomobilin Çin nömrələri ilə hərəkət etdiyi bildirilir.

"Barabaş kənd yaşayış məntəqəsi ərazisində avtobus aşıb. Qapalı qalanlar var, amma sağ qalıb", - həmsöhbətimiz əlavə edib.

Onun sözlərinə görə, sınıqları olan altı zərərçəkmiş Slavyansk təcili yardım stansiyasına çatdırılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN