İranın dini lideri Ayətullah Əli Xamenei iddia edib ki, İsrailin Qəzzaya hücumları davam edərsə, Livan Hizbullahı da daxil olmaqla “müqavimət qüvvələri” adlanan qruplar hərəkətə keçəcək.

TEZADLAR.AZ xəbər verir ki, İran dövlət televiziyası Əli Xameneinin paytaxt Tehranda keçirilən yığıncaqda çıxışı zamanı bunu söylədiyini bildirib.

Xamenei çıxışının bir hissəsində İsrailin Qəzzaya hücumlarına toxunaraq, “İsrailin Qəzzaya hücumları davam edərsə, Livan Hizbullahı da daxil olmaqla müqavimət qüvvələri deyilən qrupları heç kim dayandıra bilməyəcək.

İsrail dünyanın gözü qarşısında Qəzzada fələstinlilərə qarşı soyqırım törədir. Bəzi xarici rəsmilər deyirlər ki, fələstinlilər niyə dinc insanları öldürürlər. Köçkünlərin yaşayış məntəqələrində yaşayanlar mülki deyil. Onların hamısı silahlıdır".

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb. Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.

İran Livan Hizbullahı, Suriyadakı milisləri, İraqda dəstəklədiyi silahlı qrupları və Yəməndəki husiləri “müqavimət qüvvələri” adlandırır (TRT).

 Xatırladaq ki, Körfəz Əməkdaşlıq Şurası və Ərəb Birliyi, ardınca isə Ərəb Parlamenti də Hizbullahı terror təşkilatı siyahısına salıb.

Bundan daha əvvəl isə Sloveniya, Litva, Çexiya, Almaniya... da  Hizbullahı terror təşkilatı kimi tanıyıblar. Məlum olduğu kimi Hizbullah Livanda İran tərəfindən yaradılmış təşkilatdır.

İsrail- HƏMAS arasında müharibə başladığı bir zamanda “Hizbullah” hərəkatı çərşənbə gününü İsrailə qarşı “qəzəb günü” elan edib. Səbəb isə ötən gün Qəzza zolağında “Əl-Əhli Əl-Maadani” xəstəxanasına hava zərbəsi endirilməsi olub. Hansı ki, nəticədə yüzlərlə insan həyatını itirib. Lakin İsrail bu iddianı rədd edir və hadisənin HƏMAS-ın atdığı raket səbəbindən baş verdiyini bildirir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN