İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında mülki əhalinin İsrail Hərbi Hava Qüvvələrinin HƏMAS hədəflərinə endirdiyi hava hücumlarından əziyyət çəkdiyini etiraf edib.

Onun sözlərinə görə, Fələstin hərəkatının özü də başqa tipli düşmən olduğu üçün HƏMAS-la yeni müharibə fərqli tipli müharibə olacaq. Siyasətçi qeyd edib ki, İsrail hakimiyyəti mülki itkilərin sayını minimuma endirməyə çalışsa da, HƏMAS onları artırmağa çalışır.

İsrailin baş naziri Tel-Əvivdə ABŞ prezidenti Co Baydenlə birgə mətbuat konfransı zamanı deyib: "İsrail qanuni terror hədəflərini vurduqca, təəssüf ki, mülki əhali əziyyət çəkir".

Netanyahu əlavə edib ki, HƏMAS hər gün ikiqat cinayət törədir, eyni zamanda israilliləri öldürür və Qəzza zolağının sakinlərinin arxasında gizlənir. Yəhudi dövlətinin səlahiyyətliləri anklavın əhalisini təhlükəsiz ərazilərə təxliyə etməyi xahiş edib və bundan sonra da xahiş edəcək, deyə baş nazir yekunlaşdırıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Qəzza zolağında xəstəxanaya hücumu humanitar fəlakət adlandırmışdı. Rusiya liderinin sözlərinə görə, regionda gərginliyin dərəcəsini yalnız münaqişə tərəfləri arasında təmasları və danışıqları bərpa etməklə azaltmaq olar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN