Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xerson vilayətinin məskunlaşan ərazilərini atəşə tutması nəticəsində 2 nəfər ölüb, daha bir nəfər isə orta dərəcədə yaralanıb.

Bu barədə regional əməliyyat xidmətlərindən məlumat verilib.

"Podı kəndinin atəşə tutulması nəticəsində iki mülki şəxs həlak olub, Pesçanovka kəndində isə bir mülki şəxs orta dərəcədə yaralanıb", - TASS xəbər verir.

Oktyabrın 23-də Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sol sahilində yerləşən yaşayış məntəqələrinə 141 mərmi atıb. Velikaya Lepetixa, Malaya Lepetixa, Solontsı, Saqi, Pesçanovka, Knyaze-Qriqorovka, Sergeevka, Krynki, Podı və Aleşki atəşə tutulub.

Bundan başqa, gecə saatlarında ukraynalılar Kaxovka, Novaya Kaxovka, Radensk, Korsunka, Kazak düşərgələri və Podstepnoe yaşayış məntəqələrində mülki infrastruktur obyektlərini atəşə tutub, top artilleriyasından 27 mərmi atıblar. Regional əməliyyat xidmətləri əlavə edib ki, tələfat və dağıntılar barədə məlumat dəqiqləşdirilir.

Bundan əvvəl bildirilmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) silahlılarının Donetsk şəhərini atəşə tutması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN