Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 36 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-nin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7-si azyaşlı olmaqla 17 nəfər xilas edilib. Həmçinin Mingəçevir şəhəri yaxınlığında su anbarında batan 1 nəfərin meyiti sahildən təqribən 5 kilometr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN