İsveçin NATO-ya üzvlük protokolu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq Türkiyə Böyük Millət Məclisinə göndərildi.

 TEZADLAR.AZ xəbər verir ki, Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin sosial media hesabında yazılır: "İsveçin NATO-ya üzvlük protokolu 23 oktyabr 2023-cü ildə cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq Türkiyə Böyük Millət Məclisinə göndərildi".

  İsveçin baş naziri Ulf Kristersson prezident R.T.Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolunu imzalamasından məmnunluğunu ifadə edib. O, sosial media hesabından verdiyi açıqlamada deyib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolunu imzalamasını və Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini alqışlayırıq. Parlament prosedurları artıq başlayacaq. NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik."

  NATO-nun baş katibi Yens Stoltenberq də Ərdoğanın İsveçin üzvlük protokolunu imzalamasını və Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini məmnunluqla qarşılayıb: "Mən ratifikasiya ilə bağlı sürətli səsvermənin keçirilməsini və İsveçin NATO-nun tam müttəfiqi kimi tezliklə qəbul edilməsini səbirsizliklə gözləyirəm. Ötən həftə sonu prezident Ərdoğanla söhbətimiz zamanı ifadə etdiyim kimi, “Bu, bütün alyansı daha güclü və təhlükəsiz edəcək".

  ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə sözügedən mövzu ilə bağlı belə yazıb: "Bu addımı alqışlayırıq. Qanun layihəsinin ən qısa zamanda Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılmasını və qəbul olunmasını səbirsizliklə gözləyirik".  

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN