Qazaxıstan Müdafiə Nazirliyi ölkədə yeni NATO mərkəzinin açılmadığını bəyan edib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstanda Sülhməramlı Əməliyyatlar Mərkəzinin açılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatla bağlı aşağıdakılara aydınlıq gətiririk. 23 oktyabr 2023-cü il tarixində Qazaxıstan Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzinin yeni konfrans zalının rəsmi açılışı olub. Almatıda ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Rozenblyumun iştirakı ilə baş tutub. Mərkəz 2006-cı ildən Qazaxıstan Silahlı Qüvvələrinin sülhməramlı komponentini inkişaf etdirmək üçün nəzərdə tutulmuş təhsil müəssisəsi kimi fəaliyyət göstərir”, - məlumatda deyilir.

Bundan əvvəl sosial şəbəkələrdə guya Qazaxıstanda NATO mərkəzinin açılması ilə bağlı məlumatlar yayılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN