Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri (USQ) Zaporojye istiqamətində iki “Leopard” tankını və 85-ə qədər hərbçini itirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Zaporojye istiqamətində Rusiya qoşun qruplaşmasının bölmələri, hava zərbələri və artilleriya atəşi ilə Zaporojyenin Rabotino kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 65-ci mexanikləşdirilmiş briqadasının hücum qrupunun hücumunu dəf edib. Bu istiqamətdə düşmənin itkiləri 85-ə qədər hərbçi, üç tank, o cümlədən iki “Leopard”, dörd zirehli döyüş maşını və iki avtomobil təşkil edib”, - məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, əks batareya döyüşü zamanı ABŞ istehsalı olan M777 artilleriya sistemi, D-20 silahı və ABŞ istehsalı olan M119 haubitsası vurulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN