Quranın yandırılması bəzi Avropa ölkələrində siyasi aksiyaya və şouya çevrilməkdədir...

Amma belələri həm də cəzasız qalmırlar. Budur, Quranın yandırılmasını təşkil etmiş Salvan Momika İsveçdən deportasiya ediləcək. Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə ölkənin TV4 telekanalı İsveç Miqrasiya İdarəsinin rəsmi xəbərinə əsasən məlumat yayıb. Qeyd olunub ki, onun yaşayış icazəsi uzadılmayacaq və krallığa girişi beş il müddətinə yasaqlanacaq.

Hər halda, bbelə qərarlar həm bu niyyətdə olanlara bir ciddi xəbərdarlıqdır, həm də cəza üsuludur, ciddi tənbeh xarakterlidir. Onlar Quranı yandırmaqla həm də özlərini "yandırmış" olurlar...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN