İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının atəşə tutması nəticəsində ölən uşaqların sayı 3,3 min nəfərə çatıb.

Tezadlar.az bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin anklavdakı nümayəndəsi Əşrəf əl-Qudra mətbuat konfransında məlumat verib.

Ölən fələstinlilərin ümumi sayı 8 mini keçib.

"Sentyabrın 7-dən İsrailin Qəzza zolağında İsrail təcavüzünün qurbanlarının sayı 8005 nəfər təşkil edib ki, onlardan 3324-ü uşaqdır", - Səhiyyə Nazirliyinin rəsmisi bildirib.

Həmçinin, idarənin məlumatına görə, daha 1020 uşaq dağıntılar altındadır.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının işğal olunmuş Fələstin ərazisindəki nümayəndəsi Riçard Peperkorn Fələstin Səhiyyə Nazirliyinin dərc etdiyi məlumatların etibarlı olduğunu bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN