İki gün əvvəl Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan tutulub...

Tezadlar.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Müşfiq Məmmədovun öldürülən şəxslərlə qonşu olduğu bildirilir. Hadisənin nədın baş verdiyi hələki bəlli deyil, istintaq aparılır. 

 Qeyd edək ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb. Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar başlanıb. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA