Bu gün daha 20 ailə - 70 nəfər Laçına- 31 illik həsrəti tarixin arxivinə göndərərək doğma yurduna yola salındı... 

DÖvlət Qaçqınkom- dan "Təzadlar"a verilən məlumata görə, bu dəfə Bakı və Sumqayıt şəhərlərindən köçürülən 16 ailə (59 nəfər) Qaradağ rayonu “Qobu Park-3” yaşayış kompleksindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb. Komitənin sektor müdiri Elşən Əliyev "Təzadlar"a bildirib ki, "Dörd ailə (11 nəfər) isə Beyləqan və Şamaxı rayonlarında məskunlaşdıqları ərazidən yola düşüb və Horadiz şəhərində köç karvanına qoşulacaq. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar...". 

Qeyd edək ki, bügünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 315 ailə (1 205 nəfər) köçürülüb.

Yurda qayıdışımız mübarək!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA