Fransa hakimiyyəti radikal islamın tərəfdarı olduğu iddia edilən 39 Rusiya vətəndaşını ölkədən çıxarmaq niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Cerald Darmanin BFMTV kanalında deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları radikallaşma şübhəsi ilə izlənilən onlarla şəxsin siyahısını hazırlayıb.

“Biz bu siyahını keçən həftə Rusiya hakimiyyətinə təqdim etmişik”, - deyə Darmanen bildirib.

“Rusiya hakimiyyəti icazə verən kimi biz onların deportasiyası kursunu təyin etmək niyyətindəyik”, - Daxili İşlər Nazirliyinin rəhbəri əlavə edib.

O, həmçinin bildirib ki, bu şəxslərin artıq hərəkət azadlığı məhdudlaşdırılıb, xeyli hissəsi həbsdədir, digərləri isə ev dustaqlığındadır. Deportasiyaya gəlincə, Darmaninin sözlərinə görə, bu, standart prosedurdur, bir dəfədən çox həyata keçirilib; Paris radikallaşmada şübhəli bilinən Rusiya vətəndaşlarının deportasiyası üçün mütəmadi olaraq Rusiya konsulluğundan razılıq alırdı.

Yeri gəlmişkən, Fransa təkcə Rusiya Federasiyasının vətəndaşlarını deyil, həm də təhlükəsizliyə təhlükə yarada biləcək digər ölkələrin nümayəndələrini ölkədən çıxarmaq niyyətindədir. Belə ki, ötən həftə 92 “təhlükəli əcnəbi” artıq deportasiya edilib.

Xatırladaq ki, Fransada terror təhlükəsinin maksimal həddi ölkənin şimalındakı Pas-de-Kale departamentinin Arras şəhərində oktyabrın 13-də İnquşetiya əsilli şəxsin əməkdaşlarına hücum etdiyi insidentdən sonra tətbiq edilib.

Eyni zamanda qeyd edək ki, Qərb ölkələrinin hakimiyyət orqanları insan hüquqlarının müdafiəsi adı altında terrorda iştirakda şübhəli bilinən şəxslərin Rusiya Federasiyasına ekstradisiyasından bir neçə dəfə imtina edib. Lakin bu şəxslər sonradan sığınacaq istədikləri ölkələrin ərazisinə hücumlar həyata keçiriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA