Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin təşəbbüsü və dəstəyi ilə partiya qərargahında vətəndaşa təmənnasız hüquqi məsləhət kampaniyası davam edir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə deputat Razi Nurullayev məlumat paylaşıb.
Belə ki, həftənin 1-ci və 5-ci günləri saat 11:00-dan 13:00-a kimi hüquqşünas Vüqar Dadaşov keçmiş Lider TV-nin binasının 9-cu mərtəbəsində vətəndaşlara hüquqi yardım göstərəcək.
Qeyd edilir ki,  kampaniya çərçivəsində 2021-ci ildən fasiləsiz qəbullar keçirilir. Müraciət üzrə müvafiq hüquqi məsləhət verilir və baxılması üçün aidiyyəti üzrə yönəldilir.
Xüsusi qeyd: Müraciətlərin çoxluğunu və forma müxtəlifliyini nəzərə alaraq bildirək ki, "hüquqi məsləhət" dedikdə məhkəmə prosesində iştirak nəzərdə tutulmur. Vətəndaş müraciət etdiyi məsələdə maarifləndirilir, ona üzləşdiyi problemlərin həllində hüquqi məsləhət verilir.
Diqqətə çatdıraq ki, deputat Razi Nurullayevin başlatdığı bu kampaniya hüquqi yardıma ehtiyacı olan, lakin buna imkanı olmayan insanlar üçün böyük dəstəkdir, onların əlindən tutmaq, doğru yol göstərməkdir.
Razi Nurullayevin bu təşəbbüsü alqışlanasıdır və arzu edərdik ki, digər deputatlarımız da müxtəlif sahələr üzrə belə kreativ ideyalarla soydaşlarımıza dəstək olsunlar.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA