Gürcüstan müxalifəti və xarici qüvvələrin ölkəni dağıtmaq planı var.

Tezadlar.az “NewsGeorgia”-ya istinadən xəbər verir ki, bunu “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili deyib.

Siyasətçinin fikrincə, ölkə müxalifəti Gürcüstanı müharibəyə sürükləyən xarici maraqların önə çəkilməsi üçün əlindən gələni edir.

“Ölkəmizə düşmən olan qüvvələr yerli agentlərin əli ilə Gürcüstanı xəritədən silmək niyyətindədir. Onlar əsrlər boyu heç bir fatehin edə bilmədiyi işə hazırlaşırlar”, - İvanişvili əlavə edib.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN