Gürcüstan Abxaziya və Cənubi Osetiyaya münasibətdə özünü düzgün aparmadı və indi Tbilisi barışıq istiqamətində addımlar atmalıdır.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze Gürcüstan hakimiyyətinin səhvlərini etiraf edib.

“Biz bir-birimizə inamı bərpa etməli və birlikdə yaşamalıyıq. Biz hər şeyi düzgün təhlil etməliyik. Biz də (Abxaziya və Cənubi Osetiya ilə bağlı) səhvlərə yol vermişik və biz qarşılıqlı barışıq üçün addımlar atmaq istəyirik”, – mer bildirib.

O əlavə edib ki, Gürcüstan respublikalarla münasibətləri zorakılıqla deyil, dinc üsullarla və diplomatiya yolu ilə bərpa etməlidir.

Bundan əvvəl Kaladze Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvanın Abxaziya və Cənubi Osetiya ilə münasibətləri yaxşılaşdırmağa kömək etməyə hazır olması barədə sözlərini şərh edib. Tbilisi meri bildirib ki, Gürcüstan hakimiyyəti Rusiya xarici işlər nazirinin təşəbbüsünü müsbət qiymətləndirir və Abxaziya və Cənubi Osetiyadan hərbi personalın çıxarılması planının hazırlanmasına başlamağı təklif edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN