Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili “terrorçu dövlət” adlandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.

O, Türkiyə parlamentində çıxışı zamanı bildirib ki, İsrail Qəzzanı terror edir və ona görə də belə adlandırılmağa layiqdir.

Bundan əvvəl Türkiyə lideri bildirib ki, Qərb ölkələri Fələstin HƏMAS hərəkatı ilə sülh danışıqları aparmaq üçün İsrailə təsir göstərməlidir. O əlavə edib ki, Fələstin HƏMAS hərəkatına siyasi partiya kimi baxır.

Bundan başqa, Ərdoğan BMT-ni tənqid edib və beynəlxalq təşkilatın islahatlara ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, beynəlxalq təşkilatda daimi üzvlük sisteminə və veto hüququna yenidən baxılmalıdır. Türkiyə lideri açıqlamasında vurğulayıb ki, dünyanın gələcəyini “veto hüququ olan beş ölkənin mərhəmətinə” buraxmaq olmaz.

O qeyd edib ki, BMT Baş Assambleyasının Yaxın Şərq problemi ilə bağlı səsvermənin nəticələri İsraili dəstəkləyən ölkələrin azlıqda olduğunu açıq şəkildə göstərir.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN