Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çexiyanın bu ölkədə Rusiyanın dövlət əmlakına qarşı sanksiyalar tətbiq etməsini qəbuledilməz adlandırıb.

Tezadlar.az xəbər verir ki, Kreml nümayəndəsi Rusiyanın “Qoszaqranprosperty” müəssisəsinin Çexiyanın sanksiyalar siyahısına salınmasını belə şərh edib.

"Riskləri bir növ minimuma endirmək üçün indi vəziyyət təhlil edilir. Çexiya hakimiyyətinin bu cür dərin anti-Rusiya mövqeyi, əlbəttə ki, tamamilə çaşqınlığa səbəb olur, biz belə bir mövqeyi qəti şəkildə rədd edirik, qəbul etmirik", - o, jurnalistlərə brifinqdə deyib.

Daha əvvəl xəbər verilmişdi ki, Yan Lipavski Çexiya hakimiyyəti tərəfindən Rusiyanın dövlət əmlakının dondurulması təklifinin təsdiqini elan edib. Belə ki, “Qoszaqranprosperty” Federal Dövlət Unitar Müəssisəsi sanksiyalar siyahısında olub.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN