ABŞ Maliyyə Nazirliyi ən azı 14 şirkət və üç dəniz gəmisinin Rusiya əleyhinə sanksiyalara məruz qaldığını açıqlayıb.

Bu barədə RİA Novosti yazır.

Xüsusilə, Liberiyada qeydiyyatdan keçmiş “VNIIR Transstroy”, “VNIIR Promelektro”, “VNIIR Gidroelektroavtomatika”, gəmiçilik şirkətləri “Progress” və “Gallion Navigation Incorporated”, BƏƏ-dən “Kazan Shipping Incorporated “qara siyahı”ya salınıb.

“Kazan”, “Ligovsky Prospekt” və “NS Century” neft tankerləri də sanksiyaya məruz qalıb.

Bundan əvvəl Avropa Komissiyası Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı təklifləri bəyənib və Avropa İttifaqı Şurasının baxılması üçün təqdim edib. Digər məsələlərlə yanaşı, söhbət Rusiyadan almaz idxalına qadağa qoyulmasından gedir.

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Rusiyaya qarşı növbəti sanksiyalar paketinə 120 fiziki və hüquqi şəxsin daxil edilməsini təklif edib.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN