İsrail Müdafiə Qüvvələri (İMQ) və İsrail hökuməti Qəzza zolağının cənubunda işğal əməliyyatına başlayıb-başlamamağı müzakirə edir.

“Hökumətin və İsrail Müdafiə Qüvvələrinin ən yüksək səviyyələrində hərbçilərin Qəzzanın cənubunu işğal etməli olub-olmaması və ya müvəqqəti girov müqaviləsini gözləməli olub-olmaması ilə bağlı müzakirələr gedir”,  - “Jerusalem Post" nəşr yazır.

Noyabrın 16-da İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant bildirib ki, İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin qərb hissəsini “ələ keçirib və təmizləyib”.

Noyabrın 13-də nazir Fələstinin HƏMAS hərəkatının Qəzzaya nəzarəti itirərək cənuba qaçdığını bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN