Bir çox ukraynalı Polşanı tərk edərək vətənlərinə getməyə başladı.

Tezadlar.az xəbər verir ki, bu barədə “INTERIA Biznes” informasiya portalı yazır.

“Ukraynalı qaçqınlar Polşanı tərk edirlər. Ya qərbə gedirlər, ya da evlərinə qayıdırlar”, - materialda deyilir.

Hazırda Avropa İttifaqında 4,2 milyona yaxın ukraynalı qaçqın var. Xüsusilə, Almaniyada 1,1 milyon qaçqın, “Eurostat”ın məlumatına görə, hazırda Polşada rəsmi olaraq 958 min Ukraynalı qaçqın yaşayır.

Qeyd olunur ki, Almaniya qaçqınların əsas yaşayış yerinə çevrilir. Portal xəbər verir ki, eyni zamanda, münaqişə başlayandan bəri Polşa-Ukrayna sərhədini keçən 17 milyon Ukrayna vətəndaşından 15-i artıq öz vətənlərinə qayıdıb.

Bundan əvvəl ukraynalı qaçqın Kanadadakı çətin həyatdan şikayət etmişdi. Aleksey Martınenko bildirib ki, pulu olmadığı üçün həftənin yeddi günü aşpaz işləməli olur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN