Məlumdur ki, Ermənistan 3o illik işğalı dövründə nə Qərbi Azərbaycanda bir nəfər azərbaycanlını yaşamağ qoymadı, nə də ki, Qarabağda. İnsanlar evindən qovuldu, qətlə yetirildi, əsir götürərək orqanları satıldı, öldürülərək izləri itirildi... Ərazilərimizdə daşı-daş üstə qoymadılar. İnsanların illərlə qazanıb sahib olduğu ev-eşiyi, var-dövləti əllərindən alındı. Yaşayış evləri, inzibati binalar sökülüb daşındı, satıldı. Milyonlarla mina basdırıldı. Azərbaycan təkbaşına torpaqlarını separatçı ermənilərdən, işğalçı Ermənistanın hərbi qüvvələrindən təmizlədi. Onların mina terroru ilə təkbaşına mübarizə aparır, basdırılmış minalar təmizlənir, yüzlərlə insan bu minalar nəticəsində həlak olub, şikəst qalıb... İndi isə dövlətimiz onların xarabazara çevirdiyi rayonlarımıza milyardlarla manat vəsait xərcləyərək yenidən qurur və qurmaqda da davam edəcək.
Lakin bir çox dövlətlərin ikili standartları davam etməkdədir.
Bununla bağlı Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar bayramov da öz fikirlərini qeyd edib.
Ikili standartlara son qoymağın zamanı deyilmi?, - deyən V.Bayramov qeyd edib ki, Ermənistan 1992-2020-ci illər arasında Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayaraq 800 mindən çox insanı etnik təmizləməyə məruz qoyub.
"7 rayon tamamilə dağıdılıb xarabalığa çevrilib. İşğal nəticəsində Azərbaycana dəymiş ziyan 100 milyard dollardan çoxdur. İşğal nəticəsində 15 mindən çox Azərbaycanlı dünyasını dəyişib və 4354 nəfər itkin düşüb. İşğal müddətində Azərbaycan ərazisində 1 milyona yaxın mina basdırılıb və 2020-ci ildən sonra 350-ə yaxın Azərbaycanlı mina qurbanı olub.
Nəticə: Ermənistan bir sıra Qərb ölkələrindən maliyyə və hərbi dəstək almaqda davam edir.
- Azərbaycan: Öz daxili maliyyə resursları hesabına Ermənistanın xarabalığa çevirdiyi əraziləri minadan təmizləyir, yenidən qurur və bərpa edir. 800 mindən artıq qaçqın və məcburi köçkünün fərqli yerlərdə yerləşdirilməsini təmin edib. Avropanın enerji təhlükəsizliyində töhvəsini artırır. Post-sovet məkanında münaqişələrə məruz qalan ölkələr arasında ərazi bütövlüyü və suverenliyini bərpa edən ilk dövlətdir və regionda sülh təklifləri ilə çıxış edir.
Nəticə: Azərbaycan ilə bağlı mütəmadi olaraq qərəzli dinləmələr və saxta qətnamələr qəbul olunur", - deyərək deputat qərbin ikili standartlarına etirazını bildirib.
Və çox təəssüf ki, bu gün Ermənistanı qızışdıran, başını sığallayan Fransa kimi dövlətlər erməniləri də uçuruma aparır. Ermənilər isə bunun fərqində olmalıdırlar. Çünki 44 günlük Vətən müharibəsində də, bu ilin sentyabr ayındakı cəmi 23 saatlıq hərbi əməliyyatlar zamanı baş verənləri də unutmamalıdırlar...
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN