Şiə İraq İslami Müqavimət Hərəkatının döyüşçüləri İraqın şimalında Amerika və beynəlxalq qüvvələrin yerləşdiyi Əl-Hərir aviabazasına pilotsuz uçan aparatla zərbə endiriblər.

Bu barədə hərəkatın Telegram-kanalında dərc olunan məlumatda deyilir.

Təşkilat Amerika bazasına zərbə endirməsini “düşmənin Qəzza zolağındakı cinayətləri” kimi izah edib. İraqın İslami Müqaviməti tərəfdarlarının fikrincə, PUA nəzərdə tutulan hədəfi vurub.

Baza artıq dəfələrlə şiə hərəkatının pilotsuz təyyarələrinin zərbələrinə məruz qalıb. Noyabrın 17-də “Sky News Arabia” telekanalı bir İHA-nın ona hücum etdiyini və hədəfini vurduğunu bildirdi. Noyabrın 9 və 11-də bazaya da pilotsuz uçan aparatla hücum edilib.

Noyabrın 16-da Qətərin “Əl-Cəzirə” telekanalı Pentaqonun nümayəndəsinə istinadən xəbər verib ki, oktyabrın 17-dən bəri Suriya və İraqda ABŞ-ın nəzarətində olan bazalar 58 hücuma məruz qalıb.

​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN