Misir və ABŞ nümayəndələri Qəzza zolağında atəşkəslə bağlı danışıqlara başlayıb.

Bu barədə öz mənbələrinə istinadən “Al Qahera News” telekanalı məlumat yayıb.

“Misir-Amerika danışıqları atəşkəsə nail olmaq və Qəzza zolağında saxlanılanların azadlığa buraxılması üçün davam edir”, - deyə mənbələr bildiriblər.

Onlar əlavə ediblər ki, Qahirə Fələstin ərazisində atəşkəs məsələsində ABŞ və tərəfdaşları ilə fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir.

Bu arada, İsrail Müdafiə Qüvvələri (İMQ) HƏMAS-ın yüksək rütbəli liderlərinin yaşadığı Qəzza zolağının Rimal bölgəsində reydlər keçirdiyini bildirib. İMQ-nin məlumatına görə, Rimal və Şeyx İclin ərazilərində fəaliyyət göstərən Zirehli Korpus, Mühəndislər, Hərbi Hava Qüvvələri və Paraşüt Briqadaları 35 tunel mədəni və çoxlu silah-sursat aşkarlayıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN