Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə sığınacaq üçün müraciətlərin qəbulunu tamamilə dayandırmağı planlaşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə “Helsingin Sanomat” nəşri məlumat yayıb.

Məqalədə deyilir: “Hökumət sığınacaq axtaranlar üçün şərq sərhədini tamamilə bağlamağa hazırlaşır”.

Eyni zamanda, qeyd edilir ki, təşəbbüs Baş prokuror və ya onun müavini tərəfindən təsdiqlənməlidir. Güman edilir ki, indi vətəndaşlar yalnız Helsinki limanında və ya hava limanında sığınacaq tələb edə biləcəklər.

Hökumətdəki ən böyük partiyalardan biri olan True Finns-in rəhbəri, maliyyə naziri Riikka Purranın sözlərinə görə, Helsinkinin qaçqın axınının qarşısını almaq üçün “başqa variantları” yoxdur.

Xatırladaq ki, noyabrın 22-də Finlandiya Rusiya ilə sərhəddə demək olar ki, bütün məntəqələri bağlayıb. İndi yalnız ən şimaldakı “Raia-Jooseppi” (Rusiya “Lotta” keçid məntəqəsinin yaxınlığında) fəaliyyət göstərir. Onlar üçüncü ölkə vətəndaşlarının nəzarətsiz gəlməsi səbəbindən bağlanıblar. Keçid məntəqəsinin bağlanması ilə bağlı qərar 23 dekabr 2023-cü il tarixinədək qüvvədədir.

Noyabrın 26-da Finlandiya hökumətinin başçısı Petre Orpo bildirib ki, üçüncü ölkələrdən insanların nəzarətsiz gəlməsi davam edərsə, Finlandiya Rusiya ilə sərhəddəki sonuncu keçid məntəqəsini bağlamağa hazırdır.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN