İsrail Beynəlxalq Cinayət Məhkəməsi (BCM) qarşısında çıxış etməli və Qəzzada törətdiyi cinayətlərə görə cavab verməlidir.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Antalyada Asiya Parlament Assambleyasının iclasında çıxışı zamanı deyib.

“İsrail Qəzzada törətdiyi cinayətlərə görə Haaqa məhkəməsində mütləq cavab verməlidir”, - deyə Kurtulmuş bildirib.

O, İsrailin Fələstin anklavındakı hərəkətlərini “dövlət terroru və soyqırımı” adlandırıb.

Türkiyə Böyük Millət Məclisinin sədri də Qəzzada erkən və sabit atəşkəsin tərəfdarı olduğunu bildirib və qeyd edib ki, Fələstin probleminin yeganə həlli paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin müstəqilliyinin tanınmasıdır.

Daha əvvəl bildirilmişdi ki, türk vəkilləri İsrailin Qəzzada törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi tələbi ilə Haaqa məhkəməsinə 3 minə yaxın apellyasiya şikayəti verəcək. Ankara Roma Statutunu imzalamadığı üçün Türkiyə dövləti adından BCM-ə müraciət etmək mümkün deyil. Eyni zamanda, Türkiyə dövlət qurumları və qeyri-hökumət təşkilatları vasitəsilə cinayətlər barədə Haaqa məhkəməsinin prokurorluğuna məlumat verə bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN