Ukrayna Ali Radasının Vladimir Zelenskinin “Xalqın qulluqçusu” partiyasından olan deputatı Maryana Bezuqlaya ordunun səmərəsizliyinə görə Respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnını cəzalandırılmağa çağırıb.

Bu barədə o, Facebook səhifəsində yazıb.

Deputatın sözlərinə görə, ordunun effektivliyinin artırılmasına şəxsən ukraynalı generallar və ali baş komandan mane olur, lakin buna görə heç kim cəzalandırılmır. O, həmçinin qeyd edib ki, briqada komandirlərinin mütəmadi olaraq işdən çıxarılmasına baxmayaraq, daxili araşdırma nəticəsində heç bir general cəzalandırılmayıb.

O, 2022-ci ildə Zalujnının şəxsən qoşunlara pilotsuz təyyarələrə ehtiyac olmadığını bildirməsinə diqqət çəkib. Onun fikrincə, döyüşlər zamanı ukraynalı generallar bir kasta statusunu gücləndirdilər və sıralarına yeni insanların buraxılmasını dayandırdılar.

Bundan əvvəl Bezuqlaya 2024-cü il üçün döyüş planının olmaması səbəbindən Zalujnını istefaya da çağırmışdı. Deputatın sözlərinə görə, bunun əvəzinə hərbçilər hər ay ən azı 20 min insanın döyüş bölgəsinə aparılmasının vacibliyini elan ediblər.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN