Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-dakı həmkarlarına bildirib ki, İsveçin alyansa qoşulmaq üçün müraciətinin ratifikasiyası üzrə işlər tam sürətlə gedir və 2023-cü ilin sonuna qədər tamamlana bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” Dövlət Departamentinin yüksək rütbəli rəsmisinə istinadən yazır.

Məlumata görə, Brüsseldə NATO nazirlərinin görüşündən sonra adının gizli qalmasına üstünlük verən rəsmi Fidanın İsveçin NATO-ya müraciətinin ratifikasiya prosesinin başa çatması üçün dəqiq vaxt çərçivəsi verə biləcəyi sualını cavablandırıb. O, bunun bir neçə həftə ərzində baş verə biləcəyini izah edib.

Rəsmi əlavə edib ki, görüşün əsas məğzi ratifikasiyanın bu ilin sonuna qədər başa çatdırılmasıdır.

Bundan əvvəl Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsi İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun təsdiqlənməsi haqqında qanun layihəsinin müzakirəsini təxirə salmaq qərarına gəlib.

Finlandiya və İsveç 2022-ci ilin mayında Moskva və Kiyev arasında baş vermiş hərbi münaqişə fonunda Şimali Atlantika Alyansına qoşulmaq arzusunu bildirib və müvafiq ərizələr təqdim edib. Finlandiya artıq alyansın 31-ci üzvü olub. İsveçin müraciəti hələ də Macarıstan və Türkiyədən yekun təsdiq almayıb.

İsveç Aİ-nin üzvü kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlarda ərizəni ratifikasiya etmək müqabilində Türkiyənin Avropa İttifaqına daxil olması prosesinin intensivləşdirilməsinə kömək etməyə razılaşıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN