İran prezidenti İbrahim Rəisi dekabrın 7-də İran nümayəndə heyəti ilə Moskvaya səfər edəcək.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq. Tərəflər iqtisadi sahədə əməkdaşlığı, həmçinin regional və beynəlxalq məsələləri, xüsusilə Fələstin məsələsini və Qəzza zolağında baş verən son hadisələri müzakirə etməyi planlaşdırırlar. Rəisini müşayiət edəcək nümayəndə heyətinin tərkibi hələlik açıqlanmayıb.

Rusiya və İran prezidentləri sonuncu dəfə oktyabrın 16-da danışıqlar aparıblar: telefon danışığı zamanı onlar Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. Həmin vaxt Rəisi deyib ki, İsrailin Qəzzada törətdiyi cinayətlərə son qoyulmalı və hazırkı münaqişə genişmiqyaslı hərbi qarşıdurmaya çevrilə bilər. Rusiya lideri öz növbəsində münaqişənin regional müharibəyə çevrilməsi ehtimalından ciddi narahatlığını ifadə edib və Moskvanın Fələstin-İsrail münaqişəsinin tezliklə həlli üçün bütün konstruktiv fikirli tərəflərlə işləməyə hazır olduğunu bildirib.

​​​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN