İsrail hakimiyyəti anklava humanitar yardımın tədarükünü artırmaq üçün Qəzza zolağı ilə sərhəddə “Kerem Şalom” keçid məntəqəsini açmaq qərarına gəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

“Biz Qəzza zolağına çatdırılan yardımı yoxlamaq imkanlarımızı genişləndirmişik. "Kerem Şalom” açıq olacaq, buna görə də çeklərin sayı ikiqat artacaq", - mətbuat xəbər verir.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında humanitar yardımın effektiv çatdırılması üçün şəraitin olmadığını bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN