Qəzza zolağında quru əməliyyatı zamanı 13 İsrail əsgəri öz bölmələrinin açdığı atəş nəticəsində həlak olub.

Bu barədə “Haaretz” qəzeti İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Qəzzada quru əməliyyatı başlayandan 13 İsrail əsgəri səhvən terrorçu kimi tanınıb və öldürülüb”, - nəşr yazır.

Əməliyyat başlayandan indiyədək 7 nəfərin bədbəxt hadisələr nəticəsində öldüyü də dəqiqləşdirilir.

Bir gün əvvəl ordunun mətbuat xidməti bildirmişdi ki, Qəzzada keçirilən əməliyyat zamanı 104 İMQ əsgəri həlak olub, daha 582 nəfər yaralanıb. Ümumilikdə, İsraillə HƏMAS arasında qarşıdurmanın kəskinləşməsi başlayandan indiyədək 433 İsrail əsgəri həlak olub, 1645 nəfər yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN