Vladimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalara görə təşəkkür edərkən, ABŞ prezidenti Co Bayden burnunu çəkib.

Tezadlar.az xəbər verir ki, hadisə birgə mətbuat konfransı zamanı baş verib.

Xatırladaq ki, dekabrın 12-də ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib. Siyahıya 200-dən çox şirkət və 23 fiziki şəxs daxil edilib.

Mətbuat konfransı zamanı Zelenski Baydenə yeni qadağalar paketinə görə təşəkkür etmək qərarına gəlib və o zaman Ağ Evin rəhbəri salfet çıxarıb burnunu silməyə başlayıb. Ukrayna lideri həmkarının hərəkətindən utanmayıb; Zelenski vərəqdən nitqini oxumağa davam edib, yalnız arabir baxışlarını iştirakçılara yönəldib.

Qeyd edək ki, Zelenski dünən ABŞ-a uçub, orada senatorlar və Baydenlə görüşüb. Eyni zamanda, Amerika prezidenti Kiyevə 200 milyon dollar dəyərində yeni yardım paketinin ayrılması haqqında fərman imzalayıb.

​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN