Yaroslavl şəhərinin Kirovski rayon məhkəməsi dəmiryol vağzalında Adolf Hitlerin çıxışını oynayan şəxsə 10 sutka inzibati həbs cəzası verib.

Bu barədə Tezadlar.az məhkəmənin qərarına istinadən xəbər verir.

Sənəddə bildirilir ki, hadisə oktyabrın 21-də Yaroslavl-Qlavnı stansiyasında baş verib.

“A.M.Kozin dirəkdəki dinamikdən istifadə edərək... alman dilində səs yazısını işə saldı, bu A.Hitlerin nitqidir”, materialda deyilir.

Məhkəmənin fikrincə, müttəhimin özü bununla razılaşmasa da, şəxs bununla nasist simvollarını və əşyalarını açıq nümayiş etdirib.

Bununla belə, məhkəmə belə qənaətə gəlib ki, Hitlerin çıxışı (1939-cu il 1 sentyabr tarixli) İkinci Dünya Müharibəsinin və Böyük Vətən müharibəsinin başlanğıcını qeyd edən Polşaya qarşı müharibənin başlanmasına haqq qazandırıb.

Oxşar hadisə bu ilin may ayında Avstriyada baş vermişdi. Orada iki naməlum şəxs qatarda Hitlerin səs yazılarını səsləndirmişdi.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN