Bu gün onların 31 ildir ürəklərində gəzdirdikləri arzularının gerçək olduğu gündür...

Bəli,  bu gün daha 86 sakin Laçına yola düşdü. Bu o deməkdir ki, daha 20 ailənin Laçın həsrətinə son qoyuldu, artıq onlar köçkün deyillər, onlar Laçında laçınlıdırlar. Laçından olan Zahid Nərimanoğlu "Təzadlar"a bu sevincini belə bölüşdü:

- 1992-ci ildən Bakıda məskunlaşdım, Şamaxı Rəsədxanasında rəhbər vəzifələrdə də çalışdım... Hər yerdə "Laçındanam..." deyirdim. Amma ürəyimdə Laçınsız laçınlı olmağın ağrısını daşıya- daşıya Laçın həsrətində qovrulurdum. Şükürlər olsun, bu gün daha o həsrətə əlvida deyirik, yurd isgilli insanlar doğma torpağına qayıdır...

XXX 

Dövlət Qaçqınkom- dan isə "Təzadlar"a bildirilib ki, bu gün daha 20 ailə Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınıblar. "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur...". 

Xatırladaq ki, bu günədək Laçın şəhərinə 383 ailənin, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib. Yurda qayıdışımız mübarək!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN