Dekabrın 12-də ABŞ Maliyyə Nazirliyi Rusiyaya sanksiya tətbiq edilən malların tədarükü ilə əlaqədar Qırğızıstan və Tacikistan şirkətlərinə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Ümumilikdə sanksiya siyahısına müxtəlif ölkələrdən 100-dən çox şəxs və hüquqi şəxs daxildir.

Xüsusilə, Qırğızıstanda qeydiyyatda olan Weitmann Handeln Allianz sanksiyalara məruz qalıb.

Sanksiyalar, həmçinin Tacikistanda yerləşən Kafolati Komil şirkətinə də təsir edib, hansı ki,  ABŞ rəsmilərinə görə, BƏƏ vasitəsilə Rusiyaya xaricdə istehsal olunan təyyarə hissələri göndərib.

Xatırladaq ki, iyul ayında Rusiya müdafiə sənayesinin ehtiyacları üçün Rusiyanı elektronika və digər mallarla təmin edən Qırğızıstandan olan dörd şirkəti də  Amerika sanksiyalarına məruz qalıb.

Ötən ay isə ABŞ Özbəkistanın Mvizion şirkətinə qarşı sanksiyalar tətbiq edib. ABŞ Ticarət Nazirliyinin məlumatına görə, bu, Rusiya silahlı qüvvələri üçün PUA istehsalı ilə bağlıdır.

Bu siyahıya, həmçinin Orta Asiya respublikalarından olan Qazaxıstanda qeydiyyatdan keçmiş Defence Engineering şirkəti də daxildir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN