Birləşmiş Ştatlar hərbi strategiyadakı fikir ayrılığına görə Ukraynaya əlavə yardımdan imtina edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Argentinanın “La Arena” nəşri yazıb.

Kiyevdə gələcək hərbi strategiya ilə bağlı ciddi fikir ayrılıqları var”, - nəşr yazır.

Qeyd olunur ki, ukraynalıların sursatın miqdarı və hücumla bağlı qeyri-real fikirləri var.

Müəlliflər yazır ki, Birləşmiş Ştatlar Kiyevə öz hərbi sənayesini gücləndirməyə diqqət yetirərək yenidən qruplaşmağı və müqavimət göstərməyi tövsiyə edərkən, Ukrayna prezidenti Vladimir Zelenski hücum cəhdini davam etdirmək niyyətindədir. Bundan əlavə, ölkələr mümkün hücumun istiqaməti ilə bağlı razılığa gəlmirlər, Ukrayna şərqə doğru irəliləməyə mərc edirsə, Pentaqon əmindir ki, cənuba doğru irəliləmək daha çox strateji əhəmiyyət kəsb edir, - məqalənin sonunda deyilir.

Oktyabrda ABŞ prezidenti Co Bayden federal hökumətin növbəti 45 gün üçün müvəqqəti büdcə layihəsini təsdiqlədi, respublikaçıların təzyiqi ilə Kiyevə yardım bu büdcədən çıxarıldı, - RT xəbər verir.

“The Wall Street Journal” yazıb ki, Zelenski ABŞ-dan kömək görmədiyi üçün Avropaya keçəcək.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN