Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, bir şərt yerinə yetirilərsə, ölkə yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsi imzalaya bilər.

Tezadlar.az xəbər verir ki, bunu “Gazeta.Ru” yazır.

Onun fikrincə, bu, o halda mümkün olacaq ki, Bakı iki ölkə liderləri arasında artıq razılaşdırılmış prinsipləri təsdiqləsin.

Bundan əvvəl Ermənistan Nazirlər Kabinetinin rəhbəri İrəvan və Bakının Brüsseldə görüşmək barədə ilkin razılığa gəldiyini bildirib.

Azərbaycan prezidenti İlham Əliyev bundan əvvəl qeyd edib ki, Bakı İrəvanla sülh sazişi bağlamaq üçün heç bir maneə görmür. Onun sözlərinə görə, əsas problem Azərbaycanın öz daxili məsələsi hesab etdiyi Qarabağdakı erməni azlığı məsələsi olub. Əliyev vurğulayıb ki, sazişdə 30 il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığın məsələsi də yer almalıdır.

​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN