Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib ki, dünyada hərbi-siyasi vəziyyət, o cümlədən Rusiya və Belarus sərhədlərinin perimetri boyu qızışır.

O, Rusiya və Belarus Xarici İşlər nazirliklərinin kollegiyalarının iclasında çıxışı zamanı qeyd edib ki, beynəlxalq təhlükəsizlik sahəsində vəziyyət pisləşməkdə və deqradasiyada davam edir.

"Hərbi-siyasi vəziyyət, o cümlədən sərhədlərimizin perimetri boyu getdikcə gərginləşir", - nazir deyib.

Bundan əvvəl Polşanın Rusiya və Belarusla sərhəd yaxınlığında istehkamçı batalyonunu yerləşdirdiyi bildirilirdi.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN