Avropa liderləri Ukrayna və Moldova ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəliblər.

Artıq Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd ölkə statusu alıb.

Aİ-yə üzv ölkələrin başçılarının daxil olduğu Avropa Şurası Ukrayna və Moldova ilə ittifaqa üzvlüklə bağlı danışıqlara başlamaq və Gürcüstana namizəd statusu vermək qərarına gəlib.

 Bu barədə dekabrın 14-də şuranın rəhbəri Şarl Mişel Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci gününün yekunlarına dair açıqlamada bəyan edib.

Avropa Şurası, həmçinin Bosniya və Herseqovina üzvlük meyarlarına tam cavab verməyə başlayanda Aİ-yə üzvlük danışıqlarına başlamaq qərarına gəlib.

Ukrayna və Moldova prezidentləri Vladimir Zelenski və Maya Sandu Avropa Şurasının qərarlarını alqışlayıblar.

 “Bu, Ukraynanın qələbəsidir. Bütün Avropanın qələbəsidir. Həvəsləndirən, ruhlandıran və gücləndirən qələbə”, – Zelenski X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

“Bu gün biz Avropanın isti qucaqlamasını hiss edirik. Yolumuza verdiyiniz dəstəyə və inamınıza görə təşəkkür edirik”, - deyən Sandu Moldovanın Aİ-yə üzv olmaq üçün “çətin işə hazır olduğunu” əlavə edib.

Xatırladaq ki, Ukrayna və Moldova Aİ-yə üzv olmaq üçün 2022-ci ilin fevral ayının sonunda, Rusiyanın hərbi  müdaxiləsindən sonra müraciət etmişdilər.

Hər iki ölkəyə namizəd statusu ötən ilin iyununda verilib.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN