"Tbilisi - Avropa şəhəri" şüarı ilə paytaxt Tbilisidə Yeni il günləri başlayacaq.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu gün saat 20:00-da ölkənin əsas Şam ağacı Şota Rustaveli prospektində işıqlandırılacaq. Tbilisi meri Kaxa Kaladze paytaxt sakinlərini yolkanın işıqlandırılması tədbirində iştirak etməyə çağırıb və qonaqların maraqlı və rəngarəng tamaşa ilə qarşılanacağını qeyd edib.

Xatırladırıq ki, Gürcüstan hakimiyyəti Rusiyanın siyasi rəhbərliyini əsəbləşdirən addım atıb. Belə ki, ölkə dünən Avropa İttifaqına üzvlüyünə namizəd statusunu qazanıb. Gürcüstanda hamı bu hadisəni bayram edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN