Koreya Respublikasının Müdafiə Nazirliyi dekabrın 14-də iki ölkənin hərbi təyyarələrinin Seul tərəfindən birtərəfli qaydada yaradılmış hava hücumundan müdafiə identifikasiya zonasına daxil olması ilə əlaqədar Rusiya və Çinə etirazını bildirib.

Məlumat Müdafiə Nazirliyinin saytında dərc olunub.

“Bu gün Müdafiə Nazirliyinin beynəlxalq siyasət idarəsinin direktoru dekabrın 14-də Rusiya Federasiyası və Çin Xalq Respublikasının Koreya Respublikasındakı hərbi attaşelərinə kəskin etirazını bildirib. Rusiya Federasiyası və Çin Xalq Respublikasının hərbi təyyarələri hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub”, - məlumatda deyilir.

Cənubi Koreya departamenti uçuşun ölkənin hava məkanına yaxın olan “həssas ərazilərdə” həyata keçirildiyi üçün təyyarələrin əvvəlcədən xəbərdarlıq etmədən əraziyə daxil olmasından təəssüfləndiyini bildirib. Seul vəziyyətin təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb, çünki bu, “regionda gərginliyin səbəbi” ola bilər.

Bir gün əvvəl Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi bəyan etmişdi ki, dörd Rusiya və iki Çin təyyarəsi hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub və Seul buna cavab olaraq öz təyyarəsini qaldırıb.

Rusiya tərəfi dəfələrlə qeyd edib ki, hava hücumundan müdafiə identifikasiyası zonası Seul tərəfindən birtərəfli qaydada yaradılıb və digər dövlətlər üçün hüquqi öhdəlik yaratmır. Koreya Respublikası bu ərazidə hava gəmisinin uçması barədə bildiriş tələb edir.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN