Finlandiyada hakimiyyətin Rusiya ilə sərhədi bağlamaq qərarına etiraz aksiyası keçirilib.

Bu barədə “Yle” portalı məlumat yayıb.

Nümayişin sərhəddə yerləşən Lappeenranta şəhərində keçirildiyi dəqiqləşdirilir. Portalın məlumatına görə, orada təxminən 50-60 nəfər iştirak edib. Bunlar əsasən Finlandiyada yaşayan Rusiya Federasiyası vətəndaşlarıdır.

Aksiya iştirakçılarından Mərcan Kakimova bildirib ki, qohumları Rusiyada yaşayır və Finlandiya hakimiyyətinin hərəkətləri səbəbindən onun yanına gələ bilmirlər. Onun sözlərinə görə, sığınacaq axtaranlar əvvəllər də gəliblər, lakin bu, o qədər də sərt məhdudlaşdırıcı tədbirlərə səbəb olmayıb.

Nəşr onu da bildirir ki, eyni zamanda şəhərdə Finlandiya və Ukrayna vətəndaşlarının təşkil etdiyi Rusiya Federasiyası ilə sərhədin bağlanması qərarını dəstəkləyənlərin nümayişi keçirilib. Orada cəmi on nəfər iştirak edib. Onların fikrincə, sərhədin bağlanmasının səbəbi guya Rusiyanın hərəkətlərindədir.

Daha əvvəl bildirilmişdi ki, Rusiya və Finlandiya sərhədini təxminən 5,5 min nəfər, üç min minik və yük maşını keçib.

Xatırladaq ki, dekabrın 14-də Finlandiya hökuməti Rusiya ilə sərhəddə həmin gün açılan keçid məntəqələrini yenidən bağlamaq qərarına gəlib. Finlandiya rəhbərliyinin ilkin planlarına əsasən, “Vaalimaa” və “Niirala” iki keçid məntəqəsi yanvarın 14-dək fəaliyyət göstərməli idi.

Finlandiya hakimiyyətinin bəyanatından bir neçə saat sonra “Ecolines” ölkələr arasında avtobusların hərəkətini müvəqqəti dayandırdığını elan etdi. Sankt-Peterburqdan Helsinkiyə sonuncu reyslər dekabrın 15-i saat 06:45-ə və saat 14:00-a planlaşdırılıb. Helsinkidən Sankt-Peterburqa sonuncu reys də dekabrın 15-də, lakin saat 14:30-da baş tuta bilərdi.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN