Azərbaycanın bölgələrində şagird yoxluğu üzündən bağlanmaq təhlükəsi ilə üz-üzə qalan xeyli məktəblər vardır...

Bəzi məktəblərdə isə müəllim çatışmazlığı hökm sürür. Əhali sayına görə də vaxtilə tikilmiş məktəblərin də indi böş qalma təhlükəsi var. Bəs belə məktəbləri hansı aqibət gözləyir? 2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub. Bunu ayaqyalın açıqlamasında Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib. O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: "Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".

 Bəli, şagird azlığı ciddi hal kimi qeydə alınan məktəblərin də aqibətinə bu qaydada aydınlıq gətirilməsi vacibdir. Lakin kənd yerlərində birləşdirilən məktəblərə şagirdlərin daşınması problemləri də qaçılmaz olacaq. Belə olan halda hansısa üsullardan istifadə edilməlidir. Məsələn, bələdiyyələrin balansına xüsusi avtobuslar verilə bilər ki, bu daşımaları həyata keçirsin.

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN