Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Rusiyanı “düşmən” və “işğalçı” adlandırıb.

Tezadlar.az-ın məlimatına görə, bu barədə “VZQLYAD” qəzetinin Tbilisidəki müxbiri xəbər verir.

Parlamentdə komitə dinləmələrində Gürcüstanın baş nazirinin müavini bildirib ki, “Gürcüstan Rusiya ilə heç bir gizli dialoq aparmır”.

"Bəli, Rusiya işğalçıdır, bəli, Rusiya düşməndir, bəli, Rusiya cinayətkardır və biz Rusiyaya qarşı heç bir güzəştə getməyəcəyik", - Davitaşvili deyib.

O, vurğulayıb ki, “Gürcü arzusu”nun 2012-ci ildən hakimiyyətdə olduğu müddətdə “Rusiyaya heç bir güzəşt edilməyib”.

Eyni zamanda, o qeyd edib ki, Rusiya ilə dialoq Gürcüstanın maraqlarına cavab verən sahələrdə aparılır.

Qeyd edək ki, 2008-ci il müharibəsindən sonra Gürcüstan Rusiya ilə iqtisadi və humanitar əlaqələri davam etdirərək diplomatik əlaqələri kəsib.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN